Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Dermatologiya və dəri xəstəliklərinin müalicəsi
20.04.2014 03:28:53
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Dermatologiya və dəri xəstəliklərinin müalicəsi

articles: HikmetAbbasov-doktor.jpgDoktor Hikmət Abbasov: "Dəri xəstəliklərinin 90 faiz səbəbkarı mədə-bağırsaq sistemi problemləri ilə əlaqədardır....."

 Yaz - Yay aylarında bir çox dəri xəstəlikləri aktivləşir.Müşahidələr göstərir ki, bu barədə əhali arasında çox böyük məlumatsızlıq var.Xüsusən də bir sıra dəri xəstəliklərinin həkim nəzarəti olmadan müalicə olunmasına cəhdlərin pis nəticələr verməsi narahatlıq doğurur. Ekspertimiz, ixtisasca dermatoveneroloq olan Hikmət Abbasovla dəri xəstəliləri mövzusunda hazırladığımız müsahibə inanırıq ki, sizing üçün çox qaranlıq məsələlərə aydınlıq gətirəcək.
- Hikmət doktor, zəhmət olmazsa, bir dermatoloq kimi ilk öncə dəri və onun quruluşu haqda oxuculara ətraflı məlumat verərdiniz?

-İlk öncə qeyd etməliyəm ki,Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – öyrənmək deməkdir) – dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir


Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı — epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.
articles: 517_Dermatitis.jpgXüsusi dəri və ya derma epidermisə nisbətən daha qalındır. O, lifşəkilli birləşdirici toxuma hüceyrələrindən ibarətdir. Bunların arasında elastik liflər yerləşir ki, bunlar da dəriyə elastiklik verir. Xüsusi dəridə piy və tər vəziləri, tük kisəcikləri, reseptorlar, dəri kapillyarları və limfa sahələri yerləşir.
Piy vəziləri ifraz etdiyi dəri piyi ilə epidermisi və tükləri yumşaldır. Baş, üz və bel nahiyələrində onların sayı daha çoxdur. Tük və dırnaq epidermisin törəmələridir. İnsanda dəri örtüyü tüklərlə təchiz olunmuşdur. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir.
Dərialtı təbəqədə piy qatı yerləşmişdir ki, bunun da qalınlığı hər yerdə eyni deyildir. Dərinin funksiyalarından ən əvvəl qoruyucu funksiyasını göstərmək lazımdır. Orqanizmin xarici mühitin mexaniki, fiziki, kimyəvi və bioloji təsirlərindən mühafizə olunmasında dərinin rolu böyükdür.
Dəri orqanizmdə duyğu orqanı kimi də funksiya daşıyır, burada lamisə, təzyiq, temperatur hissi yaradan reseptorlar yerləşir.
Dəri bədən temperaturunun sabit saxlanılmasında mühüm yer tutur. Onun tər vəziləri və zəngin kapillyar sistemi orqanizmin xarici mühitin dəyişkən temperaturu şəraitinə uyğunlaşmasında mühüm rol oynayır. İnsanda dərinin tənəffüs funksiyası olduqca zəifdir. Dəri eyni zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun kapillyarlarında 1000 ml-dək qan yığıla bilər.
Dərinin ifrazat funksiyası xeyli yüksəkdir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tərin tərkibində 98% su, 2% üzvi və qeyri-üzvi maddələr, o cümlədən, natrium-xlorid, sidik cövhəri, ammonyak və s. vardır. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir.

- Hikmət doktor, istərdik, dəri xəstəlikləri barədə qısa da olsa məlumat verəsiniz...
articles: Deri_xestleiyi2.jpg- Yuxarıda qeyd etdiyim kimi dəri insan orqanizmini xarici təsirlərdən qorumaqla yanaşı, maddələr mübadiləsində iştirak edir, orqanizmin temperaturunu tənzimləyir, zərərli maddələrin orqanizmdən xaric olunmasında mühüm rol oynayır. Dəridə olan sinir ucları vasitəsilə xarici mühitlə daxili orqanlar arasında əlaqə yaradılır. Ona görə də dəri xəstəliklərinin öyrənilməsi ta qədimdən mövcud olub və bu, indi də öz aktuallığını saxlamaqdadır.
Dəri xəstəlikləri müxtəlif qruplara bölünür: onlardan infeksion xəstəlikləri, virus dermatozlarını, dərinin parazitor xəstəliklərini, göbələk xəstəliklərini, allergik dəri xəstəliklərini və s. göstərmək olar. Bu xəstəliklərin hər biri haqqında geniş şəkildə danışmaq imkan xaricindədir.Hərəsi ayrıca bir mövzudur.İstərdim vurğulayım ki, yaz-yay ayları əhaliyə çox yaxşı tanış olan bir sıra dəri xəstəliklərinin aktivləşmə mövsümüdür.Xüsusən psoriaz, dermatit, eksema, vitiliqo, göbələyi, göbələyin daha dərin növü olan epidermofitiyanı
articles: Psoriaz3.jpgqeyd etmək olar.Yazda həmçinin səpki və qaşınmalarla müşaiət olunanmövsümi allergik dermatitlər, habelə mövsümi burun allergiyaları da fəallaşır.
-Kliniki şəraitdə ümumiyyətlə dəri xəstəliklərinin müayinəsi üçün hansı analizlər tələb olunur?

-Praktiki olaraq dəri xəstəliyi olan pasientləri kompleks müayinə etmək üçün aşağıdakı metodlardan istifadə edilir:

 

  • İmmun-allerqoloji müayinələr (immun statusun təyini, allerqo testlər)
  • Mikrobioloji testlər (əkilmə və antibiotiklərə həssaslıq)
  • Sitoloji və histopatoloji müayinələr
  • Kliniki və biokimyəvi analizlər
  • Müxtəlif infeksiyaların PZR diaqnostikası
  • Hormonal analizlər
  • USM və endoskopiya
  • Həmçinin dermatoveneroloqla yanaşı terapevt, endokrinoloq, qastroenteroloq və s. mütəxəssislərin konsultasiyaları da lazım gələ bilər..

 -Doktor dəri xəstəliklərinin səbəbkarı kimi daxili xəstəliklərin, mədə-bağırsaq pozuntularının rolunu necə qiymətləndirirsiniz?

-Dəri xəstəliklərinin çoxlu sayda səbəbləri var.Etiologiyası müxtəlif olan dəri xəstəlikləri mövcuddur.Lakin səbəblər arasında mədə-bağırsaq sistemini xüsusilə qeyd etməarticles: Icalapgt.jpgk lazımdır. Mədə-bağırsaq pozuntuları, mübadilə pozğunluğu ümumiyyətlə bütün xəstəliklərin bir nömrəli səbəbkarıdır. O cümlədən də dəri xəstəliklərinin. Dəri xəstəliklərinin 90% səbəbkarı mədə-bağırsaq sistemi pozulmalarıdır.Təmizlik və gigiyena da çox vacibdir.Kimyəvi dərman preparatlarının həddən artıq qəbulu, maddələr mübadiləsinin pozulması, piy mübadiləsində pozuntular, habelə bir çox səbəblərdən, xüsusən də antibiotiklərin çox miqdarda istifadəsi nəticəsində meydana gələn disbakterioz insanların sağlamlığına olduqca ciddi zərər vurur.Bu kimi hallar dəri xəstəliklərinin əmələ gəlməsində xüsusilə rol oynayır.

-Doktor, ən aktual dəri xəstəliklərindən biri də göbələk xəstəliyidir. Mümkünsə, bu barədə ətraflı məlumat verin.

-Göbələk xəstəliklərinin formaları çoxdur.Xüsusilə yaz-yay aylarında belə xəstəliklərdən əziyyət çəkənlər çoxalır.Göbələk xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir. Onlardan ən çox rast gələni pəncə dirnağını zədələyən mikozdur. Çox təəsuf ki, biz öz dırnaqlarımıza və dərimizə bizi üzgüçülük hovuzuna buraxmayanda, bizlə göruşəndə əl uzatmayanda fikir verməyə başlayırıq. Nə baş verir?..Özünüzə sual verirsiniz və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki, sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ barmaqları) ciddi dəyişiklilklərə mə'ruz qalıb. Əgər dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xəttlər yaranıbsa, prosses artıq başlayıb. Lap gec mərhələlərdə dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini müşaidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq, rəngi sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır, sonra isə dırnaq lojasından qopur.
Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur, qirmizimtil rəng alır, ayaq barmqlarının arasında çatlar əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır, bunlar tədricən iri qovuqlara cevrilirlər. Dərinin bu cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə tə'sir göstərir: temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq limfa vəzilərinin böyüməsinə səbəb olur. Bəzən yaranan qovuqcuqlar ağimtil çalar alır və bu o deməkdir ki, sizin problemlərinizin üstünə biri də-- infeksiya da əlavə olundu. 5-7 gün ərzində qovuqlar açılır və təcili müalicə tələb edən qırmızı erroziyalar yaradır. Digər bir göbələk xəstəliyi dərininin qizarması, yuksək qurumasi və qabiq vermə ilə xarakterizə olunur. Bu proses pəncənin alt tərəfindən yan tərəfə yayılır. Qirmizi, şişmiş dərinin fonunda tokulmuş una bənzər yüksək qabıq vermə və ağrıyan çatlar yaranır. Sonra əl barmaqları və dırnaqlar zədələnir.
Bu tipik göbələk xəstəliyinin təsviri idi və sözsüz ki, buna tək diabetiklər tutulmur. Lakin diabet xəstəliyində qan dövranının ayaqlarda və pəncələrdə pozulmasına görə, göbələk xəstəliyinə meillilik yüksək olur. Qanda şəkər yüksək olduqda o, tək sidiklə yox, tərlə də ifraz olunur, nəticədə pəncələrdə və barmaqların aralarında şəkərlə zəngin isti nəm mühit yaranir. Bu da infeksiyaların yaranması və inkişaf etməsi üçün ideal yerdir. Bu xəstəliyin yaranmasının mümkünlüyü sağlam insanlardan fərqli olaraq diabetiklər üçün daha çoxdur və buna görə lazım olan ehtiyyat tədbirləri görmək lazımdır.

-Göbələyin profilaktikası və müalicəsi barədə nə deyə bilərsiniz?

-Bilrsiniz, göbələkdən, epidermofitiyadan qorunmaq üçün şəxsi gigiyenaya xüsusi diqqət yetirmək olduqca vacibdir. Belə xəstəliklər başqalarının yaqqabı və şəpitlərindən, habelə hamamlardan keçə bilər. Heç kimə öz ayaqqablarınızı istifadə etməyə icazə verməyin və özgənin ayaqqablarından istifadə etməyin.Təmiz pambıq corablar geyinmək, sintetik corablardan, dermantin ayaqqabılardan uzaq olmaq lazımdır.Əgər şübhəli məqam varsa, heç olmasa ayaqqabıların içliyini dəyişin.
Ayaqqablarınızı dezinfeksiya edin. Bunun üçün xüsusi vasitələr var və ya evdə kağızı sirkədə isladın, bükün, ayaqqablarınızın içinə qoyun, bir günlük ayaqqabları polietilən paketə qoyub, bərk bağlayın.
Lakin əgər siz artıq xəstələnmisinizsə, özünüzü uzun (6 aydan bir ilə qədər) müalicəyə hazırlayın. Göbələk xəstəliklərinin müalicəsi üçün köhnə üsullar mövcuddur: dirnaqlarin xüsusi preparatlarla yumşalması, qismən və ya tam çıxarılması, dırnağın uzanmasına qədər xüsusi göbələyə qarşı gündəlik yerli müalicə vasitələrindən istifadə. Daha müasir üsul 3-6 ay ərzində peroral dərmanların qəbuludur (nizoral, orunqal, lamizil). Bu vasitələrlə xəstələrin müalicə ehtimalı 70-90%-dir.Xüsusilə vuröulamaq istərdim ki, müalicə yalnız tibbi nəzarət altında, qaraciyərin vəziyyətinin kontrolu ilə aparılmalıdır. Bu preparatların xoşagəlməz tə'siri ola bilər: iştahıın itməsi, qusma və ürək bulanma. Heç bir halda bu preparatları özbaşına qəbul etmək olmaz. Peroral preparatlardan başqa lasyonlar, şampunlar, kremlər, mazlar və başqa yerli tədbiq olunan dərman preparatları mövcüddur: batrafen, daktarin, dekamin, diqiotri-mazol, kandid, klotrimazol, loseril, travoqen və on faizli yod məhlulu. Bu preparatlar daha ucuzdur, lakin effektiv deyil. Bunları həkimin tə'yini ilə qəbul etmək lazımdır.

-Həkim, əl ekzemaları nədir? Əhali bu problemlə tez-tez üzləşir?

- Ekzema dəridə qovurcuqlu səpkilərin əmələ gəlməsi, suvermə və xronik residivli gedişlə xarakterizə olunan allergik xəstəlikdir. Ekzema zamanı dəridə qovurcuqlar əmələ gəlir. Onlar xırda papulalara (suluqlara) bənzəyirlər. Qovurcuqlar öz-özünə partlayır və su verməyə başlayır. Belə xəstələrin əksəriyyətində sinir sisteminin ümumi pozğunluğu baş verir, onlar pis yatır. Yuxusuzluq çox vaxt qaşınma nəticəsində əmələ gəlir. Ümumiyyətlə ekzemaların müxtəlif təzahürləri, formaları var.O cümlədən atopik ekzema, varikoz ekzema, numulyar ekzema, quru ekzema və digərlərini sadalamaq olar. O ki qaldı əl ekzemalarına, bildiyiniz kimi əllər, xarici mühitlə davamlı təmas qurmamızı təmin edən ən aktiv orqanlarımızdandır. Xarici mühitlə olan daimi əlaqə, çox müxtəlif zədələyici və allergiya törədə biləcək maddələrə bulaşmamıza səbəb ola bilər. Ən çox rast gəlinən egzamalar, zədələnmə nəticəsi ortaya çıxan egzamalardır. Bunun ən tipik forması ”ev xanımı ekzeması”dır. Həmişə su ilə kontaktda olmaq, tez-tez əl yumaq və ya paltar, qab-qacaq yuduqda, özü də bunu yuyucu tozlar və sabunla etdikdə dəridə zədələnmə ola bilər. Bu, dərinin təbii nəm və yağının azalmasına və quruyub çatlamasına səbəb olar. Sabunların və yuyucuların güclü yağ əridici xüsusiyyətləri əlavə olunduğunda bu nəticə qaçınılmazdır. Dəri, uzun müddət bu hücumlara, əlamət vermədən dözə bilər.Lakin xəstəlik özünə yer edəndə dəridə çatlama, soyulma, sızlama kimi şikayətlər özünü göstərir. Və bundan sonra ən kiçik bir təmasda təkrarlanar. Solaxay olan şəxslərdən savayı əlamətlər ümumiyyətlə sağ əl baş və şəhadət barmaqlarından başlayır. Zaman keçdikcə, xəstəliyin təzahürləri digər barmaqlar və ovuc içinə, bir tərəfdən də digər ələ yayılar. Həm görünüş olaraq pisdir, həm də xəstə əliylə bir şeyə toxunduğunda narahat olur. Habelə, bu çatlaqlardan mikrob qapma təhlükəsi də vardır. Buna əlavə olaraq da, adətən ovuc içi dərisi qalın olduğu üçün keçə bilməyən, allergiya törədən maddələr daha asan keçə bilər və reaksiyaya səbəb ola bilərlər. Evdar qadınların çoxunda rast gəlinən bu hadisə, suyla məşğul olan digər peşələrdə də rast gəlinə bilər. Ən düzgün qorunma yolu, suyla və digər zədələnmə törədənlərlə təması azaltmaqdır. Məcburiyyət qarşısında qalıb işlədikdə içi pambıqlı, xarici neylon əlcək geymək yaxşı bir qorunma yoludur. Lakin bu da tərləməyə gətirib çıxardığı üçün yarım saat işin sonunda, əlcək çıxarılaraq, on dəqiqəlik bir ara verilməsi məsləhətdir. Bundan əlavə, hər dəfə əl yumanın sonunda, dərinin nəmini qorumaq və yumşaq, elastik konsistensiyada qalmasını təmin etmək üçün, bir əl kremi istifadə etmək lazımdır. Bunlar, xəstəliyin başlamasını önləmək və ya yaxşılaşmadan sonra qorunmaq üçün istifadə edilir. Başlamış bir egzamada özbaşına tədbirlərin müalicə edici təsirləri yoxdur. Bu kimi vəziyyətlərdə, qəti olaraq bir dəri xəstəlikləri ekspertinin müalicəni tənzimləməsi lazımdır. İşə başlamadan əvvəl əllərə sürtülən və yüngül zədələnmə qoruyan bəzi maddələr, əlcək istifadə edə bilməyənlərdə az da olsa köməkçi ola bilər, lakin bunlar tam qoruma təmin etmirlər. Əllərin, xarici mühitlə davamlı təmas etdiyi maddələr arasında, çox güclü allergiya törədici maddələr də tapıla bilər. Bu kimi vəziyyətlərdə ovuc içləri deyil, əllərin üstü və barmaq araları daha çox təsirə məruz qalır. Bu tip ekzamalar, daha çox peşələrə əlaqədar kontaktda olduqları xüsusi maddələrlə ortaya çıxar. Ən tipik nümunələri: İnşaat işçiləri, o cümlədən malyar kimi peşələrdə sementə, bərbərlərdə saç boyalarına və sağlamlıq sahəsində əlcəklərin ana maddəsi olan latekslə bağlı egzamalardır. Əgər əllər davamlı su və tahriş edici maddələrlə təmasda isə, zədələnmiş dəridə allergiya törədicilərinin yerləşməsi daha asan olar və bu cür ekzemanın ortaya çıxması da asanlaşar. Bunların başlanğıc dövrləri; ani olaraq ortaya çıxan, çox qaşıntılı, qızarıq, suluqlu şəkildə ola bilər və adamı çox qorxuda bilər. Xəstəliyə səbəb olan maddəylə yenidən təmas olmazsa, təxminən 10 - 15 gün içərisində ekzema geri çəkilə bilər. Yox əgər tez-tez bunu təkrarlasa xoşagəlməz əlamətlər ardıcıl bir hal ala bilər. Yəni dəri sərt, qalın, qaşıntılı və qızarma və sulanmalar, suluqlar buna əlavə olunar. Bir dəri xəstəlikləri eksperti müayinəsində ilk mərhələlər asanca nəzarət altına alına bilər və xronikiləşmiş olan vəziyyətlər, bir az daha inadkar olsa da, müalicəyə yaxşı tabe olur. Əsas odur ki, təkrarlamaların qarşısını alınsın. Təsvir etdiyim vəziyyətlərdə ezemanı fəllaşdıran şübhəli maddə ilə əlaqədən uzaqlaşmaq lazımdır. lakin həmişə belə asan olmaya bilər. Şübhəli vəziyyətlərdə, xüsusi dəri testləriylə, şübhəli maddə müəyyən olunur. Xəstəliyi qıcıqlandırıcı maddə heç də həmişə aşkarlanmaya bilər.Müəyyən olunsa belə bu maddəyə qarşı dözümlülük inkişaf etdirilməz.Çarə bu maddədən uzaq qalmaqdır.Bundan başqa bu allergiya törədən maddələrə qarşı müqaviməti artıra bilmək üçün əlin suyla təmasını normal həddə salmaq lazımdır. Yumalardan sonra əl kremi istifadə edərək əllərin nəm və elastikliyini qorumaq və şübhəli maddələrlə işləmək məcburiyyəti olduqda əlcək istifadə etmək faydalı olar. Bunların xaricində əllərin su qabarcıqları ilə seyr edən, səbəbi bilinməyən mövsümi ekzemaları (dizidroz) və xüsusilə ovuc içlərində səbəbsiz qaşıntı və sərtləşməklə müşaiət olunan, daha çox da çətinlik və gərgin işlə əlaqəli ekzema tipləri vardır. Bu tip ekzemalar bir çox xəstəliyi təqlid edə, yəni oxşaya bilərlər. Bunların diaqnozu və müalicələri, hökmən bir dəri xəstəlikləri mütəxəssisi tərəfindən muayinədən sonra edilməlidir.
-Ekzema ve dermatit terminləri arasında bir fərq varmı?
-Dermatit termini dəridə əmələ gələn hər cür inflamatuar reaksiyanı ehtiva edir. Bu səbəblə ekzema bir dermatitdir. Ancaq hər dermatit bir ekzema değildir.
Bundan əlavə tibbi ifadə olaraq dermatit termini sulantılı, suluqlu ,eritemli, vezikullu reaksiyanı, ekzema termini isə əksinə quruluqla əlaqəli bir xroniki vəziyyətlə seçilir Həmçinin bir çok ədəbiyyatda birbirlərinin sinonimi olarak xarakterizə olunur.
-Dərinin parazit xəstəlikləri əvvəllər çox “məhşur” idi. Bir vaxtlar çoxlarına əziyyət verən bu xəstəliklər yenə öz aktuallığını saxlayırmı?-İndi belə xəstəliklər əvvəlki kimi yayılmayıb.Az-az da olsa rast gəlinir.Bununla belə məlumat vermək yerinə düşər.Dərinin parazit xəstəlikləri başlıca olaraq qoturluq gənəsi tərəfindən (qoturluq xəstəliyi) və bitlərlə (bitlilik) törədilir. Yoluxucu xəstəliklərdir. Yoluxma bilavasitə xəstə ilə təmasa olduqda, habelə onun yataqda camaşırından və paltarından istifadə etdikdə keçir. Parazit xəstəlikləri baş verməsinə natəmizlik, sanitariya-gigiyena qaydalarının pozulması, adamların sıx toplanması (vağzal, körpü və b. yerlərdə), ayrı-ayrı şəxslərin mədəni səviyyəsinin alçaqlığı və sanitariya-maarifi işlərinin zəif quruluşu səbəb olur.
Qoturluq - bədənə qoturluq gənəsinin dişisi düşdükdə baş verir (gənənin erkək dişini mayaladıqdan sonra məhv olur). Dişi gənə dərini sancmaqla dəridə onun səthinə paralel («tunel» — qoturluq yolu açır. Bunun əsas subyektiv əlaməti əksəriyyətlə gecə vaxtı bərk geyişmədir. Dəri səthində qeyd olunan obyektiv əlamətləri dəri üzərində yayılmış düyünlü-qovuqcuqlu səpgilərdir. Bunlar (gənənin hərəkət yolu boyunca) qaşınma xətti üzrə yerləşir. Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1 — 2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir (bunlar dezinfeksiyaedici məhlulla dərmanlanmalı və ya suda qaynadılaraq təmizlənməlidir).
Demyanoviçin metodu 6 %-li natrium-tiosulfat və 6 %-li hidrogen-xlorid turşusu tətbiq edilməsinə əsaslanır. Natrium-tiosulfat boşqaba və kasaya tökür və buradan fırça ilə götürüb 10 dəqiqə ərzində bədənin bütün zədələnmiş sahələrinlə sürtürlər. Bundan sonra 5 dəqiqə fasilə verərək yenidən dərmanı sürtürlər.Dərman sürtülmüş yerlər quruduqdan sonra 6 %-li hidrogen-xlorid turşusunu sürtməyə başlayırlar. Müalicə başa çatdırıldıqdan sonra xəstə təmiz paltar geyir, bir sutka keçdikdən sonra yuyunur, sonra isə yenə həmin proseduru təkrarlayır.

- Hikmət doktor, siz müxtəlif dəri xəstəliklərinin yeni üsulla PUVA üsuluyla müalicə edirsiniz. İsti havalarda tez-tez rast gəlinən, eyni zamanda  bu üsulla da müalicə edilən hansı dəri xəstəlikləri aktuallıq kəsb edir?
- Bir çox xəsəliklərin aktivləşmə dövrüdür. Məsələn elə Psoriazın mövsümüdür demək olar.Yeri gəkmişkən, xatırladım ki, əhalinin 100-də 5 faizində bu dəri xəstəliyinə rast gəlinir. Göbələk xəstəliyi də hamıya məlum olduğu kimi yayda fəallaşır. Bu barədə də tez-tez məlumat vermək vacibdir. Rəngbərəng dəmirov deyilən dəri xəstəliyi də aktualdır. Bu xəstəlik dərinin özünün immum sisteminin zəifləməsi nəticəsində əmələ gəlir. Bir daha təkrar edirəm ki, dəri xəstəliklərinin əmələ gəlməsində mədə - bağırsaq sisteminin zədələnmələrinin böyük rolu var. Çoxlu antibiotik müalicəsinəticəsində yaranan disbakterioz, qəbizlik, qidalanma pozğunluğu, habelə öd və qaraciyərdə problemlərlə və s. səbəblərdən dəri xəstəlikləri, o cümlədən allergiyalar əmələ gəlir.Təsadüfi deyil ki, dəri xəstəliklərinin daha ciddi situasiyalarında daxili müalicə, immun sisteminin korreksiyası vacibdir. İmmun sisteminin də böyük hissəsi bağırsaqlardadır. Mədə-bağırsaq bədənimizin qalasıdır. Bu mühit normal işləsə insan sağlam olur.

- Doktor, böyük şəhərin ən böyük xəstəliklərindən biri də nevrozdur. Nevrozun dəri xəstəlikləri ilə, xüsusən də psoriazla əlaqəsi varmı?

- Əlbəttə var. Bu xəstəliyin özü elə nevroza bir səbəbdir. Xəstəliyin yaratdığı kosmetik defekt xəstənin psixikasına, əsəblərinə mənfi təsir edir. Onda stress törədir. Eləcə də başqa dəri xəstəliklərinin törətdiyi narahatlıqlar nevroloji problemlər yaradır…

- Bəzi qadınlarda, qızlarda tüklənmə hallarına rast gəlinir. Bunu necə izah etmək olar?

- Əsasən hormonal pozuntu nəticəsində əmələ gəlir. Kişi hormonu olan testesteronun səviyyəsi qadınlarda, qızlarda müəyyən səbəblərdən arta bilər. Hormonal nisbət pozulur. Adətən bəzi xəstəlikləri müalicə edəndə hormonlar preparatlar verilir. Bəzən bu ziyanlı əks təsir göstərir. Qeyd etməliyəm ki, kişilərə nisbətən qadınlarda hormonal balansı pozmaq asandır. Daha doğrusu qadınlar daha həssasdır.
- Uzun müddət sağalmayan dırnaq göbələkləri, onikomikozlar barədə də zəhmət olmasa məlumat verin.

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə planetimizin hər 5-ci sakini dəri və onun törəmələrinin göbələk xəstəliyindən əziyyət çəkirlər. Göbələk xəstəlikləri infeksion xəstəliklərdir. Ən çox yayılan əl və ayaq dırnaqlarının göbələklə zədələnmələri-onixomikozlardır. Dermatoloqa hər 10-cu müraciət məhz bu xəstəliklə bağlıdır. Dünyada bu xəstəliyin sayı artır. Bunun da müəyyən endogen və eksogen səbəbləri var. Onikomikoz problemı çox rast gəlinən dəri xəstəliyi kimi bu gün aktuallıq kəsb edir. Bunu yaradan da epidermofitiyadır. Göbələklərin bir növüdür. Bunu tam müalicə etmək üçün dırnağın dəyişməsini, çıxmasını gözləmək lazımdır.Yəni tam dırnaq çıxana kimi müalicə gedir. Müalicə səbr tələb edir. Xəstəlik zamanı dırnaq rəngini dəyişir, saralır, deformasiyaya uğrayır, çürüyür, digər dırnaqlara keçir. Ona görə də bir daha bildirirəm ki, şəxsi gigiyenaya diqqət yetirmək vacibdir. Başqasının tapoçkasını, şəpitini, ayaqqabısını geyinmək olmaz. Saunalarda, hamamlarda ehtiyatlı olmaq lazımdır. Belə yeləri ciddi müəssisələr həmişə dezinfeksiya edirlər. Ayaqları bu isti yay günlərində hər gün yumaq lazımdır. Nəmişlik, kif, tərləmə göbələyin qənimidir.

- Seboriyalı dermatit də çox aktualdır. Düzdürmü ki, statistikaya görə bu dəri xəstəliyi ən çox kişilərdə olur?

- Düzdür, kosmetik defekt kimi bir çoxlarına əzəyyət verən seboriyalı dermatit adlı dəri xəstəliyi əsas etibarilə kişilərdə rast gəlinir. Qadınlarda seboriyalı dermatitin az hallarda quru formasına rast gəlinir. Bu dəri xəstəliyi tədricən, yavaş-yavaş başlayır.Sarı qırmızı rəngə çalan səpkilər əmələ gəlir.Onun quru forması olsa da daha çox yağlı forması məhşurdur.Yəni üzdə, başda, saçlarda, qulağın içində, qulağın dalında, qoltuq altında sinədə diametri 5 mm-ə kimi çatan yağlı kəpəklər əmələ gəlir. Formaca yumru və pulcuqlu olur. Seboriyalı dermatit iltihabi prosesdir. Zaman keçdikcə bədənin piy toxumaları da prosesə qoşulur. Xroniki bir xəstəlikdir. Vaxtaşırı müalicə və diqqət tələb edir, qaşınma verir. Hormonal müalicə aparılır. Müalicəni təcrübəli dermatoloq aparmalıdır ki, hormonal balans qorunsun. Mizaral şampunundan da istifadə etmək xeyirlidir. Son zamanlar isə bu xəstəliyin müalicəsində biz PUVA müalicəsindən səmərəli şəkildə istifadə edirik. Seboriyalı dermatitin remissiya dövrü yaydadır.Qışda isə artır. Xəstəliyin yaxşılaşmasına günəş şüaları müsbət təsir göstərir. Uıtrabənovşəyi şüaların yayda çox olması bu problemdən əziyyət çəkənlərə faydalıdır.
- Doktor, əhali arasında dəridə ağ-ağ iri ləkələr şəklində özünü göstərən Vitiliqo xəstəliyi də çoxlarına tanışdır. Elə görünür ki, sanki bu adam vaxtilə yanıb. Bu xəstəlik nədən irəli gəlir?

articles: Puvamach.jpg- Səbəbi məlum olmayan şəraitdə dəriyə rəng verən pigmentlər itir. Səbəbləri stress, mübadilə pozğunluğu, immun sisteminin nasazlığı göstərilir. Əsas lokalozasiyası, yəni bədəndə yayılan yerləri boyun, dirsəklərdir. Yaşın əhəmiyyəti yoxdur. Üşaqlarda da, böyüklərdə də ola bilir. Lakin 50 faiz hallarda 10-30 yaş arasında şəxslərdə rast gəlinir. Yaşlı adamlarda nadir hallarda olur. Əhalinin 1 faizində bu dəri xəstəliyi rast gəlinir. Xəstəliyin əmələ gəlməsində genetik, nəsil faktorunun rolu var. Yəni validaynlərdə bu problem varsa onların uşaqlarında Vitiliqoya tutulma ehtimalı 30 faiz artır. Stress və həyəcan keçirən bu xəstəliyə səbəb ola bilər.Yəni hansısa ölümü, avtomobil qəzasını göz önünə gətirən şəxslər Vitiliqo olma ehtimalı olur. Vitiliqonu gün yandırması da qıcıqlandıra, yaxud başqa sözlə həssaslıq yarada bilər. Vitiliqo olan nahiyədə saç ağara da bilər. Zob xəstəliyi də vitiliqonu stimullaşdırır. Belə xəstələr çalıçmalıdırlar ki, dərini gün şüasından qorusunlar.Tanal kremlərlə maskalayırlar. Xaricdə belə xəstələrə bəzən hətta dəri köçürdürlər. Hazırda Vitiliqonun da ən yaxşı müalicəsi məhz PUVA tarapiyadır.

-Doktor, müalicəsi ilə məşğul olduğunuz dəri xəstəliklərindən hansıları sadalaya bilərsiniz?

articles: AtopikDermatit.jpg-Dərinin allergik xəstəlikləri: atopik dermatit, Kvinke ödemi, məxmərək, habelə Kontakt dermatitləri, ekzemalar, neyrodermitlər, psoriaz və qırmızı yastı dəmrov,mikozlar, dərinin virus xəstəlikləri, piodermiyalar, akne, rozasea, seboreyya, keçəlləşmələr, tük və dırnaq xəstəlikləri və s. Mən hamısının adını çəksəm siyahı çox uzanar.Bir dematoloq kimi bütün dəri xəstəliklərinin müalicəsi ilə məşğul oluruq.Elə xəstəliklər var ki, müalicəsi asandır. Eləsi də var tam müalicə olunmür, ancaq müəyyən müddət yaxşılaşır, xəstəyə əziyyət vermir.Yeri gəlmişkən bu günlərdə uğurla tətbiq etməkdə olduğumuz PUVA üsulu əhalidə ciddi maraq və diqqətə səbəb olub.Hələ yeni olmasına baxmayaraq çox ciddi dəri xəstəlikləri olan psoriaz, ekzema, dermatitlər, neyrodermitlər və digərlərinin müalicəsində əla nəticələr verir. Sağalmayan bir sıra dəri xəstəliklərində uzun müddətli remissiya əldə olunur.
articles: Puvamach2.jpgFOTOYRTAPİYA KABİNƏSİNDƏ – PUVA ilə dəri xəstəliklərinin müalicəsi
Ultrabənövşəyi şüalar artıq bütün dünyada ötən əsrdən dəri xəstəliklərinin uğurla müalicəsində tətbiq olunur. Ultrabənövşəyi kabina UV 1000 KL ultrabənövşəyi şüalarla və orta dalğalı (UFB), uzun dalğalı (UFA) spektrdə müalicə metoduna əsaslanır. Ultrabənövşəyi şüalar iltihab əleyhinə və immuno modulyasiya edici təsirə malikdir.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etmək olar:
012 – 563 – 55- 05    012-563-51-81
050-218-17-91
Söhbətləşdi: Ramil Nəcəfli

 

 

 

 

 

 

 

menu_information.png Rəylər
#1 | Aydan tərəfindən yazılıb. Yazılma tarixi ->> 10.03.2011 14:14:52 
Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/includes/bbcodes/code_bbcode_include.php on line 20

Salam.Bizleri melumatlandirdiginiz ucun cox tesekkur edirem.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Əla! Əla! 50% [1 Səs]
Yaxşı Yaxşı 50% [1 Səs]
Belə də... Belə də... 0% [Səs vermə yoxdur]
Pis Pis 0% [Səs vermə yoxdur]
Çox pis Çox pis 0% [Səs vermə yoxdur]
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 2
bullet.gif Xətdəki qonaqlar: 2
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 601
bullet.gif Ən yeni istifadəçi: 5
- meskibut
- samsam
- hzpxtkdo
- helpfuldrink10
- elektrosmiec
menu_open.gif Təqvim
April 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr