Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Anadangəlmə və qazanılmış ağır böyrək patologiyaları və anomaliyalar Müəllif: Emil Muxtarov-uroloq-onkoloq
25.04.2014 09:09:05
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Anadangəlmə və qazanılmış ağır böyrək patologiyaları və anomaliyalar Müəllif: Emil Muxtarov-uroloq-onkoloq

Anadangəlmə və qazanılmış ağır böyrək patologiyaları və anomaliyalar
articles: EmilMuxtarov.jpgBöyrəklərimiz orqanizmimizdə ən vacib, həyati bir funksiyaları yerinə yetirən orqanlardır. Böyrək patologiyaları dünya miqyasında ən çox həkimə müraciətlərə səbəb olan tibbi problemlərdən biridir. Səhiyyə sektorunda bu növ ağır xəstəliklərdən azad olmaq istiqamətində araşdırmalar, elmi-texniki təcrübələrə ciddi əhəmiyyət verilir. Bir sıra böyrək anomaliyaları və ağır patologiyalar insan ölümünə və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnir. Gəlin bu anomaliyalar və ağır xəstəliklərə nəzər salaq.
1) Böyrəyin anadangəlmə anomaliyaları:
Hər iki böyrəyin olmaması; Bu durumda dünyaya gələn körpə ölü doğulur. Tək böyrəyin olmaması hallarının rast gəlmə tezliyi azdır. Kişilərdə daha çoxdur.

Daha çox sayda böyrəyin olması. Bu nadir haldır. Belə doğulan körpədə 3 və ya 4 böyrək olur.
Sallanmış böyrək: Bu halda böyrək normal yerində olmur. Hətta qasığa qədər enə bilir. Ağrılara səbəb olur. Rentgen və tomoqrafiya ilə müəyyən edilir. Lazım gəldikdə böyrək asma əməliyyatı ilə böyrək yerinə qoyulur.
At nalı böyrək; Bu halda hər iki böyrəyin qarın bölgəsində alt uclarının birləşməsi ilə meydana gəlir. Bir çox hallarda bu hal özünü bildirmir. Təsadüfən funksional müayinə zamanı, tomoqrafiya edəndə görsənir.
Çox kistalı böyrək: Bu anomaliya 80-90% hallarda hər iki böyrəkdə rast gəlinir. Bu kimi halda böyrək eyni böyüklükdəki kistalar tərəfindən əhatə edilmiş olur. Kistalar (içi su dolu kisəciklər) iltihablanırsa ağrı, hərarət və sidikdə qan, sidiyin yandırıcı olması baş verir. Bəzi hallarda arterial qan təzyiqinin yüksəlməsinə səbəb olur.
2) Böyrək üçün xarakterik olan patoloji hallardan biri böyrəyin iltihablarıdır. Böyrəyin adi mikrobları ya bütün böyrəyi əhatə edir, ya da hansısa bir hissəni örtür. Daha ciddi hallarda isə böyrək çevrəsinə yayıla bilir.
Mikroblar böyrəyə 3 yolla gələ bilir:
1-cisi qan yoluyla: Çox hallarda bir boğaz iltihabında və ya orqanizmdə hər hansı digər halda qan yoluyla böyrəyə keçən mikroblar böyrək iltihabına səbəb olur.
2-cisi sidik yoluyla iltihablaşmadır. Sidikdə iltihab varsa bu əvvəl-axır böyrəyə gəlib çatır.
3-cü böyrəkdir. Sidik borusu və sidik kisəsi çevrəsindəki mikroblar birbaşa yolla böyrəyə gəlib çıxır.
Böyrək iltihabları baş verməsinə görə 2 qrupa ayrılır:
Kəskin böyrək iltihabları

Xroniki böyrək iltihabları.
Bu iltihabların hər birisinə ayrıca aydınlıq gətirək.
Kəskin böyrək iltihabları: Bu cür iltihab bir və ya hər iki böyrəkdə olur. Əsas etibarilə iki böyrəkdə olur. Bu da bir sıra əlamətlərlə təzahür edir: Tez-tez və ağrılı sidiyə getmə halları. Qızdırma və hərarətin yüksəlməsi. Yanlarda ağrı. Sidikdə mikrob hüceyrələrinin görsənməsi.
Biz uroloqlar bu kimi əlamətlərdə aşağıdakı müayinələri aparırıq:
Qan və sidik analizləri aparırıq.
USM və ya tomoqrafiya ilə daş olub-olmadığına baxılır.
Digər xəstəliklərin olmadığına əmin olub iltihabın müalicəsinə başlanır. Qeyd etməliyəm ki, müalicə düzgün aparılmazsa, iltihabı proses xronikiləşir.
Xroniki böyrək iltihabları: Bu cür iltihab böyrəyin uzun sürən iltihablarıdır. Bu xəstəliyə ciddi əhəmiyyət verilməlidir. Həyat üçün təhlükəli ola bilər. Xəstəlik böyrəyin funksiyasının itməsinə, böyrək çatışmazlığına və nəticədə ölümə səbəb ola bilər.
Məqalə şəkilləri: BOYREK.jpgƏlamətləri: Xroniki böyrək iltihabları bəzən heç bir əlamət vermir və illərcə sürür. Arterial qan təzyiqi yüksək ola bilər. Sidikdə iltihab hüceyrələri tapıla bilir. Xəstələr zəifləyir və arıqlıyır. Kökələ bilmirlər və tez yorulurlar. Qanazlığı olur. Diaqnostika məqsədilə qan və sidik analizləri, USM(Ultrasəs müayinəsi) və tomoqrafiya da aparıla bilər.
Xəstəliyin müalicəsi vaxt aparan bir prosesdir. Bu durum xəstəliyin gedişatına və davam etmə müddətinə, həmçinin böyrəyə xəsarət yetirmə dərəcəsinə bağlıdır. Buna baxmayaraq xroniki böyrək iltihabı müəyyən hallarda müalıcəyə cavab verir.
3) Böyrək kistaları
Böyrək kistaları da böyrək nahiyəsində rast gəlinən arzuolunmaz bir patologiyalardır. Böyrək kistaları 2 cür olur. Tək kista və çoxlu sayda kistalar. Tək kistalar çox vaxt böyrəyin alt və ya üst ucunda olur. Böyrək kistaları anadangəlmə və qazanılmış olur. Böyrəyin süzücü kanalları tıxanır.

Əlamətləri: Böyrək kistaları çox vaxt əlamət vermir. Daş və sairə əməliyyatlar zamanı təsadüfən üzə çıxır. Böyrək kistaları çox böyüyərsə qarının içinə nüfuz etdiyi üçün qarın ağrıları verir.
Böyrək kistalarının ən yaxşı diaqnozu USM ilə qoyulur. Çox iri kisralar cərrahi əməliyyatla çıxarılır. Son zamanlardakı texnologiyaların inkişaf etməsilə iynə ilə kistanın içi boşaldıla bilir. Lakin bu metodla kistanın təkrar əmələ gəlmə ehtimalı yüksəkdir. Əməliyyat ilə kista müalicə ediləndə yenidən əmələ gəlməz.
Çoxsaylı böyrək kistalarının bir-neçə özəlliyi var:
1) Anadangəlmə meydana gəlir
2) İki tərəflidir
Hər iki böyrəkdə müxtəlif böyüklüklərdə və çoxlu sayda kistalar olur. Tibbi araşdırmalarda hesab olunur ki, ana bətnində dölün inkişaf qüsurları ilə əlaqədar əmələ gələn anomaliyanın nəticəsidir.
Əlamətləri aşağıdakılardır:
Ümumi zəiflik və arıqlama;
Böyrək bölgəsində ağrı;
50% halda sidikdə qanama;
60% halda təzyiqin yüksəlməsi;
Baş ağrısı, ayaqların şişməsi və nəfəs darlığı
Son zamanlarda ağır tipli böyrək kistaları zamanı son zamanlarda böyrək köçürülməsi müalicə vasitəsi kimi seçilir.
4) Böyrək sallanması. Yuxarıda qeyd etdik ki, böyrək sallanması anadangəlmə anomaliya kimi də rast gəlinir. Lakin böyrək sallanması təkcə anadangəlmə olmur. Həm də sonradan qazanılmış da olur. Məsələn, böyrək sallanmasına insan həddən artıq arıqlayanda, habelə böyrəyin çevrəsinə pis toplananda da baş verə bilər. Zərbələr nəticəsində də insanın böyrəkləri sallanmış ola bilər.
Əlamətləri:
Böyrək sallanması çox vaxt hansısa əlamətlə özünü bildirmir. Lakin istisna hallar da var. Uzun müddət ayaq üstə duranda ağrılar özünü göstərə bilər. Ürək bulanma və qusma ola bilər. İltihab olarsa bununla əlaqədar şikayətlər özünü göstərə bilər.
Böyrək sallanması zamanı şikayətlər çox olursa və xəstəyə ciddi əziyyət verirsə əməliyyatla müalicə oluna bilər.
Böyrək patologiyaları arasında tez-tez rast gəlinə bilən, təhlükəli, tibbi-sosial problem kimi ciddi yer alan xəstəliklərə xroniki və kəskin böyrək çatışmazlığını, nefritləri missal gətirmək olar. Lakin bu xəstəliklər geniş bir mövzu olduğu üçün ayrıca bir məqalə kimi oxuculara təqdim edilsə daha məqsədəuyğundur. Həm də bu mövzulara tez-tez toxunulur.
Gəlin biz az-az toxunulan, əksər insanların tamam təlumatsız olduğu xüsusi təhlükəli xəstəliklər barədə məlumatlarımızı davam etdirək.
Böyrək şişləri
Böyrək şişlərinə tez-tez rast gəlinmir. Lakin şişlərin 90% bədxassəlidir. Kişilərdə qadınlara nisbətən böyrək şişləri daha çoxdur. Əsasən 1-10 yaş arası və 50-6- yaş arası insanlarda rast gəlinir.

Səbəbləri məlum deyil. Digər tərəfdən hormonal bağlı olduğu zənn edilir. Xoşxassəli və bədxassəli olur. Xoşxassəli o qədər də təhlükəli deyil. Bədxassəli olduğu zaman böyrək əməliyyatla tamamilə götürülür.
Əalamətləri:
Ağrı olmadan səbəbsiz sidikdə qan hallarına rast gəlinir. Qanlı sidik sidik axarından keçəndə ağrı verir. Bəzən bu əlamətləri böyrəkdə daş olması ilə səhv salırlar. 10% hallarda xəstəyə elə gəlir ki, qarnının içərisində bir kütlə var.
Böyrək şişləri vaxtı habelə xəstədə ürək bulanma, qusma, mədə-bağırsaq şikayətləri olur. Xəstə zəifləyir, arıqlamağın qarşısını almaq olmur. Habelə qan təzyiqi  yüksəlir. Qan azlığı olur. Hərarət az qala heç aşağı düşmür. Vaxtında aşkar edilmədikdə böyrək xərçəngi qan yoluyla qaraciyər və sümüklərə yayıla bilir.
Ardı var……
Müəllif:
Emil Muxtarov-uroloq-onkoloq
Emil Muxtarov 1996-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. 2 il kliniki ordinatura keçib. 2002-ci ildə tibb elmləri namizədi adını alıb. 2003-2008 Türkiyənin Egey Universitetində Urologiya kafedrasında urologiya ixtisası üzrə tibbdə uzmanlığa yiyələnib.

2008 “Renal Hüceyrəli Karsinoma Nəzərindən Şübhəli Böyrək Şişlərində Histoloji Subtiplər və Proqnostik Amillərin Araşdırılması” mövzusunda elmi işin müdafiəsi, Ege Universiteti/Izmir, Türkiyə
2009-cu ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent işləyib.Hal-hazırda ATU Onkoloji klinikasında və Modern Hospitalda uroloji onkologiya ilə məşğul olur. Eyni zamanda onkoloji olmayan uroloji xəstələrin müalicəsi ilə də məşğul olur.
Əlaqə telefonu: 055-823-62-08
Modern Hospital



 



menu_information.png Rəylər
Rəy bildirilməmişdir.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 2
bullet.gif Xətdəki qonaqlar: 2
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 602
bullet.gif Ən yeni istifadəçi: 5
- samsam
- hzpxtkdo
- helpfuldrink10
- elektrosmiec
- marlzapl
menu_open.gif Təqvim
April 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr